ABŞ Prezidenti Co Bayden, federal hökumətin Kaliforniya ştatındakı meşə yanğınlarından zərər çəkən ərazilərin bərpa xərclərinin 100 faizini ödəyəcəyini söyləyib.
Globalinfo.az xəbər verir ki, bu barədə “ABC News” məlumat yayıb.
“Dağıntıların təmizlənməsi üçün lazım olan məbləğ çox böyükdür, nəhəngdir. Mənzillərin dəyişdirilməsinin dəyəri demək olar ki, eksponent olaraq artır”, – Bayden bildirib.
ABŞ prezidenti vurğulayıb ki, Kaliforniya rəsmiləri də lazım olanı etmək üçün heç bir xərcdən yayınmamalıdırlar.
Nəzərdə tutulan məbləğin müvəqqəti sığınacaqların tikintisinə, dağıntıların təmizlənməsinə, xilasedicilərə maaşların ödənilməsinə və s. də sərf olunacağı bildirilib.
Safura Bənnayeva
Globalinfo.az














