“Ermənistanın Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə əlaqələri bitdikdə, ölkədə enerji və ərzaq qiymətləri artacaq”.
Globalinfo.az xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
Onun sözlərinə görə, Ermənistan mallarının ixracı isə 70-80 faiz azalacaq.
“Beləliklə, sadə insanlar gəlirlərini, iş yerlərini itirəcək və vacib hesab olunan ehtiyacları üçün daha çox pul ödəməli olacaqlar. Bunun müqabilində onlar çox güman ki, “vizasız” siyasət əldə edəcəklər. Bu da Ermənistan əhalisinin azalmasına səbəb olacaq.
Getdikcə aydın olur ki, Aİİ-yə üzvlük imtiyazdır və Avropa İttifaqının üzləşdiyi iqtisadi və sosial problemləri nəzərə alsaq, Aİ-yə daxil olmağı “Titanikə” bilet almaqla müqayisə etmək olar”.
Zaira Akifqızı
Globalinfo.az