yaponiya 3

Yaponiya Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya əlavə sanksiyaların tətbiqini təsdiqləyib.

Globalinfo.az xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin iclasında bildirilib.

Məlumata görə, məhdudiyyətlər Qazaxıstanın da bir təşkilatına təsir edib.

Rusiyanın sənaye potensialını gücləndirə biləcək kran mühərrikləri və digər xüsusi texnikanın hissələri, həmçinin kiçik motosikletlər də daxil olmaqla, ixracı qadağan edilən malların siyahısına 335 ad əlavə edilib.

Bundan başqa, kimyəvi silahların hazırlanmasında istifadə oluna bilən kapsaisin kimi maddələr də qadağan olunub.

Bu malların ixracına qoyulan qadağa yanvarın 23-dən qüvvəyə minəcək.

Hökumətin qərarında həmçinin Rusiyaya sanksiyalardan yayınmaqda kömək etməkdə şübhəli bilinən 6 ölkədən 31 təşkilata ixraca qadağa qoyulması nəzərdə tutulur. Bu qruplar Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çin, Qırğızıstan, Tailand və Türkiyədə yerləşir.

Bundan əlavə, aktivlərin dondurulması bir KXDR vətəndaşına, eləcə də Gürcüstanın MRB Bankına aiddir.

Ümumilikdə Yaponiya hökuməti Rusiyadan 11 fiziki şəxs, 51 hüquqi şəxs və 3 banka, həmçinin 8 ölkədən onlarla şirkət və 1 fiziki şəxsə qarşı sanksiya tətbiq etmək qərarına gəlib.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: