aqti 1

“Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu” (AQTİ) Publik Hüquqi Şəxsi xidməti avtomobillərin alınması üçün 448 min 800 manat ödəyib.

Globalinfo.az “AzPolitika”ya istinadən xəbər verir ki, qurumun elan etdiyi tenderin qalibi “LEXUS-BAKI” MMC olub. AQTİ bu şirkətdən sedan tipli 4 xidməti avtomobil alıb.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu 01 iyul 2018-ci il tarixindən fəaliyyət göstərir. Qida Təhlükəsizliyi Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumdur.

ce239791 3bee 4d6c b8ba d239ee51c11c

İnstitutun fəaliyyətinin əsas məqsədi əhalinin həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu publik hüquqi şəxsin İdarə Heyətinin sədri Əli Nəbiyevdir. Bundan başqa qurumun ştatında dörd sədr müavini var.

7777a0af de48 4418 a0bd e45ebcbbe23e

Qeyd edək ki, Ə.Nəbiyev Ədliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. “Azərbaycan Dəmir Yolları” QSC-də Hüquq İdarəsinin Məhkəmələrlə iş şöbəsinin rəisi və Hüquq İdarəsinin rəis müavini vəzifələrində fəaliyyət göstərib. Mediasiya Şurasının İdarə Heyətinin üzvüdür.

Ə.Nəbiyev bundan əvvəl Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin Hüquq, kadr və icraya nəzarət şöbəsinin müdiri olub.

Paylaş: