Türkiyə Silahlı Qüvvələri Suriyada PKK yaraqlılarına qarşı mümkün əməliyyatla əlaqədar döyüş hazırlığı vəziyyətinə gətirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Türkiye” qəzeti hərbi mənbələrə istinadən yazıb.
Bildirilib ki, Türkiyə hadisələrin inkişafı ilə bağlı mümkün ssenariləri, həmçinin hərbi əməliyyatları nəzərdən keçirir.