Əməliyyat zamanı cərrah ad gününü qeyd etdi: araşdırma başladı – VİDEO

Əməliyyat zamanı cərrah ad gününü qeyd etdi: araşdırma başladı - VİDEO

Faktla əlaqədar Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) tərəfindən artıq yoxlamalara başlanılıb.

Globalinfo.az bildirir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq AEM-dən məlumat verilib.

Bildirilib ki, məsələ ciddi araşdırılacaq:

“Yoxlama bitəndən sonra nəticəsi barədə ətraflı məlumat veriləcək”.

***17:29

Azərbaycanda həkim əməliyyat zamanı doğum gününü qeyd edib.

Globalinfo.az xəbər verir ki, həkim bu barədə öz İnstaqram hesabında paylaşım edib.

Görüntülərdən məlum olur ki, “German Hospital”ın cərrah mama-ginekoloqu Ləman Əliyeva əməliyyat zamanı iş yoldaşları tərəfindən “sürpriz”lə qarşılaşıb.

Belə ki, o, əməliyyatda olarkən hospitalın digər işçiləri əməliyyat otağına tibbi əlcəksiz daxil olaraq həkimi doğum günü münasibətilə təbrik ediblər. L.Əliyeva təbriki qəbul edib, şamı üfürüb.

Həm həkim, həm də həmkarları gigiyena qaydalarına məhəl qoymayaraq, xəstənin həyatını təhlükəyə atıblar.

 

Bu gönderiyi Instagram’da gör

 

Globalinfo.az (@globalinfo_az)’in paylaştığı bir gönderi