tbilisi 1

 “Gürcüstan Ukrayna ssenarisindən qaça bilib, lakin ölkədə sülhün saxlanması üçün mübarizə davam edir”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının yaydığı bəyanatda vurğulanıb.

“Gürcüstan Ukrayna ssenarisindən böyük səylərlə və kompromissiz mübarizə nəticəsində qaça bilib, amma sülh uğrunda mübarizə davam edir. Bu mübarizəni sona qədər davam etmək lazımdır”, – bəyanatda yer alıb.

Partiya açıqlayıb ki, Ukraynada döyüş fəaliyyətlərinin davam etdiyi dönəmdə Gürcüstanda ikinci cəbhənin açılmasına hər zaman maraq olacaq. Gürcü Arzusu ABŞ dərin dövlətinin Vaşinqtonun xarici siyasətini nəzarətdə saxlamaq istədiyini, bunun də nəticəsinin Ukraynadakı müharibə olduğunu bildirib.

Bəyanatda sanksiyaların Gürcüstanı “dağıdıcı müharibəyə qoşulmağa məcbur edə bilməyəcəyi” – qeyd edilib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: