“Amerikada da Soros dövrü başa çatıb. Bayden administrasiyası, əslində, Soros idarə üsulu ilə idarə olunurdu”.
Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bildirib.
Sorosçuların faktiki olaraq mövqelərini itirdiklərini vurğulayan dövlət başçısı deyib ki, Ermənistan rəhbərliyi bunu nəzərə almalıdır.
“Nəzərə alsın ki, Yaxın Şərqdə onların yaxın müttəfiqi Əsəd diktaturası artıq tarixin zibilliyinə göndərilib və bu, davam edəcək, ona görə düzgün addım atsın. Biz Azərbaycan olaraq onlar üçün təhlükə mənbəyi deyilik. Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır.
Biz belə vəziyyətdə qala bilmərik. Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana biz müxtəlif yollarla niyə getməliyik? Bütün bunları onlar nəzərə almalıdırlar. Və mən bir dəfə demişəm: onlar gərək bizi əsəbiləşdirməsinlər və başa düşsünlər ki, burada söz sahibi bizik””, – deyə Prezident əlavə edib.
View this post on Instagram