Bakıda təxminən 20 min dollarlıq “Toyota Corolla” markalı avtomobilin üzərinə qaldırıcı qurğu düşüb.
Globalinfo.az-ın məlumatına görə, hadisə Yasamal rayonunun Süleyman Tağızadə küçəsində qeydə alınıb.
Bildirilir ki, avtomobilə xeyli ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Lumu İsrəfilli deyib ki, Liftin qırılması nəticəsində moped və avtomobilin zərər görməsi barədə polisə məlumat daxil olub
O bildirib ki, araşdırma aparılır.
