“Mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatırdı”.
Globalinfo.az xəbər verir ki, bu sözləri millət vəkili, iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, dünən təsdiq olunan dəyişikliklərlə pensiya amnistiyası daha 3 il uzadılır:
“Belə ki, mövcud qanunvericiliyə əsasən yaşa görə pensiya almaq üçün 25 il staj və ya minimum pensiya kapitalı tələb olunur. Ancaq əgər vətəndaş 2018-ci ilin iyulun 1-dək, hətta 1 manat pensiya kapitalına malik olubsa, staj müddətindən asılı olmayaraq pensiya almaq hüququ əldə edir. Belə ki, bu zaman onun 2006-cı ilədək olan stajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır.
Praktik olaraq, bu dəyişikliklərlə 2018-ci ilin ikinci yarısınadək pensiya hesabında, hətta ən kiçik məbləğ kapitalı olan vətəndaşlarımız da pensiya ala biləcəklər. Bu baxımdan sözügüdən dəyişiklik pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək”.
Turan Rzayev
Globalinfo.az