bina yandi

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi qeydə alınıb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

İlkin məlumata əsasən, Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi 31 ünvanında hündürmərtəbəli binada, mənzildə yanğın başlaması barədə FHN-in qaynar xəttinə məlumat daxil olub. Məlumat daxil olduqdan dərhal sonra FHN-in Ddövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. FHN qüvvələrinin operativ müdaxiləsi nəticəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***10:47

Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın hadisəsi olub.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.

Belə ki, çoxmərtəbəli yaşayış binasında yerləşən mənzillərdən biri yanır.

foto 1

Paylaş: