Bayden vida çıxışı edəcək

Bayden vida çıxışı edəcək

ABŞ Prezidenti Co Bayden səlahiyyət müddəti başa çatana qədər iki çıxış etməyi planlaşdırır.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “ABC Nyus” məlumat yayıb.

Kanalın mənbələrə istinadla yaydığı məlumata görə, Bayden xarici siyasətlə bağlı ilk çıxışını yanvarın 12-də başa çatacaq İtaliya səfərindən qayıtdıqdan sonra etməyi planlaşdırır. Bundan sonra 46-cı prezident amerikalılara vida nitqi ilə çıxış edəcək.