Hazırda müharibə dayanıb: nə Ukrayna, nə də Rusiya əhəmiyyətli sıçrayış əldə edə bilir.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kiril Budanov deyib.
O, Rusiyanın hazırda tam dalanda olduğunu və Kremlin növbəti səfərbərlik dalğasını elan etmək haqqında qərar verdiyini bildirib.
Budanov Ukrayna ordusunun bir neçə istiqamətdə irəliyə getmək üçün resurslarının çatmadığını söyləyib:
“Biz onları bütün istiqamətlərdə tam həcmdə məğlub edə bilmirik. Onlar da bunu bacarmırlar. Ukraynaya yeni silah tədarükünü gözləyirik”.