Aktyor Azər Baxşəliyev dəfn olunub.
Globalinfo.az xəbər verir ki, o, “Qurd qapısı” qəbiristanlığında torpağa tapşırılıb.
Qedək ki, A.Baxşəliyev bu gün dünyasını dəyişib.
Xatırladaq ki, aktyor poli orqan çatışmazlığından əziyyət çəkirdi, orqanizmi yaşama qabiliyyətini itirmişdi. Dünən axşamdan etibarən həkimlərin səylərinə baxmayaraq, aktyorun ümumi vəziyyətində geridönməz proseslər baş verib.

***
Bu gecə vəfat edən aktyor Azər Baxşəliyevin dəfn yeri məlum olub.
Globalinfo.az Olay-a istinadən bildirir ki, süni nəfəs aparatından ayrılan sənətçi Qurd Qapısı qəbirstanlığında dəfn olunacaq.
Onunla vida Heydər məscidində baş tutacaq.
***11:11
Aktyor Azər Baxşəliyev vəfat edib.
Globalinfo.az xəbər verir ki, bu barədə APA-ya mərhumun dostu, aktyor Elsevər Camal məlumat verib.
O bildirib ki, Azər Baxşəliyev bu gün günorta saatlarında Sabunçu qəbiristanlığında dəfn ediləcək.
***10:14
Dünən axşamdan etibarən həkimlərin səyləri baxmayaraq, aktyor Azər Baxşəliyevin ümumi vəziyyətində geridönməz proseslər baş verib.
Globalinfo.az bildirir ki, bu barədə APA-ya Azərbaycan Tibb Universitetinin mətbat katibi Günel Aslanova xəbər verib.
Bildrilib ki, poli orqan çatmamazlığı səbəbindən, orqanizm yaşama qabiliyyətini itirib: “Bu səbəbdən Azər Baxşəliyevin valideyn və ailə üzvlərinin istəyi ilə xəstə süni tənəffüs aparatından ayrılıb, bu gün evə aparılır”.
Qeyd edək ki, böyrək çatışmazlığından əziyyət çəkən aktyor yanvarın 1-də xəstəxanaya koma vəziyyətində daxil olub. Yanvarın 2-də ürəyi dayanmış, həkimlərin səyi ilə ürək fəaliyyəti bərpa edilmişdi.














