Ermənistan 2024-cü ilin yanvar-oktyabr aylarında Rusiyanın ən böyük ticarət tərəfdaşlarının onluğuna daxil olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Federal Gömrük Xidmətinin təqdim etdiyi məlumatlarda deyilir.
Məlumata görə, Ermənistan xarici ticarətin 1,8%-ni təşkil edib ki, bu da onun Almaniya ilə birlikdə 8-ci yerdə qərarlaşmasına imkan verir. Növbəti yerdə İtaliya qərarlaşıb. İlk 10-luğu isə Özbəkistan tamamlayır.
İlk üçlük Çin, Hindistan və Türkiyənin payına düşüb.
Qeyd edilir ki, 2024-cü ilin 10 ayında Ermənistanla Rusiya arasında ticarət dövriyyəsi 10,2 milyard dollara çatıb ki, bu da 2023-cü ilin göstəricisindən iki dəfə çoxdur.
Müşviq Tofiqoğlu
Globalinfo.az