677934b02ee88677934b02ee891735996592677934b02ee86677934b02ee87

Goranboy Rayon Polis Şöbəsinə rayonun Aşağı Ağcakənd qəsəbəsi və Ağcakənd kəndi ərazisində silah-sursat olması barədə məlumat daxil olub.

Globalinfo.az  xəbər verir ki, polis əməkdaşları həmin ünvanlara gələrək müvafiq tədbirlər həyata keçirib və ümumilikdə ədəd 2 ədəd “Kalaşnikov” markalı avtomat, 3 ədəd avtomat darağı, 60 ədəd 7.62 kalibirli patron və 100 ədəd RPK patronu aşkar edərək götürüblər.

Aşkar edilən silahlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

677934b042fd4677934b042fd51735996592677934b042fd1677934b042fd3

Paylaş: