677699a5825de677699a5825df1735825829677699a5825dc677699a5825dd

Azərbaycan Prezidenti İlham Əliyev Monteneqronun Prezidenti Yakov Milatoviçə başsağlığı məktubu göndərib.

Globalinfo.az-ın məlumatına görə, məktubda deyilir:

“Çetinye şəhərində silahlı hücum nəticəsində insanların həlak olması və xəsarət alması xəbəri bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar dərdinizə şərik çıxır, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Monteneqro xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Paylaş: