6294c41421e2e6294c41421e2f1653916692175a1379e7f2a176ade8838def6b4175

Bakıda qadın ətçəkən mikserə düşərək ölüb.

Globalinfo.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Qaradağ rayonu ərazisində yerləşən ət kəsim sexlərindən birində xadimə işləyən 1982-ci il təvəllüdlü Rəqsanə Pirməmmədovanın elektrik mikserini təmizləyən zaman qurğunun hərəkətə gəlməsi nəticəsində qurğunun hissələri arasında qalaraq aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir.

Paylaş: