Danimarka kraliçası II Marqret COVID-19-a yoluxub.
Globalinfo.az bildirir ki, Modern.az-ın xəbərinə görə, bu barədə “Reuters” məlumat yayıb.
Bazar ertəsi, sentyabrın 19-da II Marqret Britaniya kraliçası II Elizavetin Londonda baş tutan dəfn mərasimində iştirak edib. İki gün sonra – sentyabrın 21-də onun yeni koronavirus infeksiyasına yoluxduğu məlum olub.
82 yaşlı kraliça bir həftə ərzində bütün görüşlərini ləğv edib. Kral iqamətgahının nümayəndələri əlavə şərh verməkdən imtina ediblər.
II Marqretin COVID-19-a qarşı peyvənd olunduğu bildirilir.
Son bir neçə ay ərzində artıq ikinci dəfə II Marqretdə koronavirusa yoluxma diaqnozu qoyulur. Kraliça bu ilin fevralında COVID-19-a yoluxmuşdu.
Mətbuat xidmətinin məlumatına görə, xəstəlik yüngül formada keçir.














