tramp1 1

“Donald Tramp Rusiyanın qələbəsinin qaçılmazlığını başa düşməlidir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri britaniyalı hərbi analitik Aleksandr Merkuris deyib.

O, Rusiyanın istənilən yolla qələbə əldə edəcəyini qeyd edib:

“Rusiya ilə danışıqlar masasına oturan Tramp başa düşməlidir ki, ruslar istər müharibə, istərsə də diplomatik və ya güc yolu ilə qalib gələcəklər. Rusiya müəyyən dərəcədə artıq qalibdir.

Bu vəziyyəti dəyişmək üçün yol yoxdur. Nə sanksiyalar, nə də Ukraynaya silah yardımı heç nəyi dəyişməyəcək”.

Mütəxəssis əminliklə deyib ki, Ukraynaya avropalı sülhməramlıların göndərilməsi və ya Ukraynanın NATO-ya daxil olmasının müvəqqəti olaraq dondurulması təklifləri Moskva tərəfindən haqlı olaraq rədd ediləcək.

Onun fikrincə, ruslar demək olar ki, müharibədə qalib gəliblər.

Leyla Əlisoy
Globalinfo.az

Paylaş: