qatar qebele

Azərbaycan Dəmir Yolları QSC (ADY) bayram günlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reyslərinin sayını artırır.

Globalinfo.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyət məlumat yayıb.

Belə ki, 31 dekabrda Qəbələdən Bakıya, 2 yanvarda isə Bakıdan Qəbələyə səfər etmək mümkün olacaq.

“30 dekabr-5 yanvar bayram günlərində Bakı-Qəbələ-Bakı qatarları hər gün (1 yanvar istisna olmaqla) hərəkətdə olacaq”, – deyə məlumatda qeyd edilib.

Paylaş: