ym 12

Səhiyyə naziri Teymur Musayev və TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan vətəndaşları ziyarət edib, onların səhhəti ilə maraqlanıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hazırda ixtisaslı həkimlər tərəfindən instrumental-diaqnostik muayinələr aparılır, vəziyyətlərinə uyğun olaraq müaviq şöbələrə yerləşdirilməsi təmin olunacaq.

Qeyd edək ki, Aktauda “AZAL” təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alan və Qazaxıstanda 6 gün ərzində reanimasiya şöbəsində müalicə olunan Azərbaycanın 3 vətəndaşı Bakıya gətirilərək təcili tibbi yardım briqadası tərəfindən “Yeni Klinika”ya yerləşdirilib.

ym 13 ym 14 ym 15

Paylaş: