9eebb506 6d49 3070 9f37 38434b330eb4 850

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin Almaniya II Bundesliqasının IX turunda “Qroyter Fyurt” komandasına vurduğu qol çıxış etdiyi “Nürnberq” klubu tərəfindən 2024/2025 mövsümünün ilk yarısının ən yaxşısı seçilib.

Globalinfo.az xəbər verir ki, 27 yaşlı hücumçunun qolu “top 10″da birinci yerə layiq görülüb.

Forvardın XI turda “Hamburq”un qapısından keçirdiyi dəqiq zərbə siyahıda 9-cu sırada yer alıb.

Qeyd edək ki, Mahir Emreli cari mövsüm transfer olduğu “Nürnberq” klubunda 4 qol vurub.

Paylaş: