Türk Hava Yollarına məxsus TK415 nömrəli İstanbul-Moskva-Vnukovo reysi Polşa üzərindən dönərək İstanbula qayıdıb.
Globalinfo.az xəbər verir ki, məlumata görə, təyyarə planlaşdırıldığı kimi Moskva istiqamətində uçuşunu davam etdirərkən naməlum səbəbdən Polşa üzərindən dönərək İstanbul Hava Limanına geri eniş edib.
Hadisənin səbəbləri barədə hələlik rəsmi açıqlama verilməyib.