“Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on yeddi gündür davam edir. Hesab edirəm ki, aksiya ilə bağlı vəziyyət daha yaxşı istiqamətə doğru inkişaf edir. Çünki ilk günlər xüsusən Ermənistan və bəzi xarici dövlətlər düşünürdülər ki, aksiya bir neçə gün davam edib dayanacaq. Lakin aksiyaçılar bu fikri fiaskoya uğratdılar”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında İnformasiya Təşəbbüslərinə Dəstək İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.
O bildirib ki, QHT-lərin, ictimai fəalların və könüllülərin təşkil etdiyi aksiya artıq daha təşkilatlanmış formaya qədəm qoyub:
“Qarşıya məqsəd qoyulub və bu məqsədə çatmamış aksiyanın dayandırılması yolverilməzdir. Dünyanın heç bir yerində aksiyaçılar humanitar meyarlara diqqət etmirlər. Biz isə bütün humanitar meyarları əsas götürürük: ərazilərimizdə yaşayan ermənilər istər tibbi, istərsə də qida baxımdan tam təmin olunurlar”.
C.Hüseynzadə qeyd edib ki, aksiyaçılar Ermənistan və yaxud digər ölkələrdən silahlıların, terrorçuların Xankəndiyə daxil olmasına imkan verməyəcəklər:
“Ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya sürməramlıları və ermənilər aksiya iştirakçılarının haqlı tələbinin yerinə yetirilməsi üçün addım atmalıdırlar. Hesab edirəm, Xankəndi-Laçın yolunda Azərbaycanın müvafiq dövlət qurumlarının postlarının qoyulmasının vaxtı çatıb. Bunun üçün kifayət qədər əsaslar var. Ötən dövrdə həmin yoldan qanunsuz silah daşınması və xarici ölkələrin terrorçu qruplarının nümayəndələrinin sərbəst keçməsi reallaşıb. Bu fakt müvafiq tədbirlərin görülməsi üçün ciddi əsasdır”.
Zaira Akifqızı
Globalinfo.az