solts

Almaniya kansleri Olaf Şolts Rusiya lideri VladimirPutinlə yenidən danışmaq istədiyini açıqlayıb.

Globalinfo.az xəbər verir ki, Şolts bu barədə “t-online” xəbər portalına verdiyi müsahibədə deyib.

Ukraynadakı münaqişədən danışan Almaniya kansleri qeyd edib ki, o, bu müharibəyə alman hərbçilərini göndərmək niyyətində deyil.

“Hazırda Ukraynaya dəstəyimiz silah tədarükünü davam etdirməyimizdən ibarətdir”, – Almaniya kansleri bildirib.

Eyni zamanda Şolts ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla artıq iki dəfə telefonla danışdığını xatırladıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: