“Azərbaycana məxsus təyyarə Rusiya raketi vurulub”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Kiril Budanov deyib.
“Bizdə olan məlumata görə, təyyarəni Rusiyanın “Pantsir -S1″ Hava Hücumundan Müdafiə raket kompleksi vurub”, – Budanov bildirib.
Qeyd edək ki, dekabrın 25-də AZAL-a məxsus “Embraer 190” seriyalı sərnişin təyyarəsi Qazaxıstanda qəzaya uğrayıb. Nəticədə 38 nəfər ölüb. Ötən gün Azərbaycan KİV-də təyyarənin Rusiya HHM ilə vurulduğuna dair məlumatın hökumət mənbələri tərəfindən təsdiqləndiyinə dair məlumat yayılıb.
Əliyar Xəlil
Globalinfo.az














