5d874f6e d9dd 3b6b 9efd 5dba35e4dbe1 850

Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif dekabrın 26-da Azərbaycanın İslamabaddakı səfirliyini ziyarət edib.

Globalinfo.az-ın “Report”a istinadən məlumatına görə, Pakistanın Baş naziri AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində insan tələfatı ilə əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verib, xəsarət alanlara tezliklə şəfa diləyib.

Məhəmməd Şahbaz Şərif səfirlikdə açılmış xatirə kitabında ürək sözlərini yazıb. Pakistan ilə Azərbaycanın hər zaman həmrəylik nümayiş etdirdiyini vurğulayan Baş nazir, Pakistanın Azərbaycana hər cür yardım göstərməyə hazır olduğunu bildirib.

2e632d5f cced 36b8 a8fc 274b5604b0fc 97a25ebf 7896 3239 9868 9d12a8c276e3 5fba3d2c 5706 35b3 85a6 a73b30b64c12 3c8716ad 11b2 3712 bf5c 08972b5d1dae

Paylaş: