tksi

Dünən Qazaxıstanın Aktau şəhərində taksi sürücüləri Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralananlara qan verməyə gedən vətəndaşlardan pul götürməyiblər.

Bu barədə Globalinfo.az-a Aktau şəhərində yaşayan soydaşlarımız məlumat veriblər.

Bundan başqa, xəstəxanaya yaxın ərazidə yerləşən marketlər kofe və şirniyyat almaq üçün gələn yaralılardan ödəniş almırlar.


Zaira Akifqızı
Globalinfo.az

Paylaş: