Parkda insident törədən “jurnalist” və gənc qız tutuldu

Parkda insident törədən “jurnalist” və gənc qız tutuldu

Bakıda gecə saatlarında parkda səs-küy salan və özünü jurnalist kimi təqdim edən şəxs saxlanılıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, hadisə bir neçə gün əvvəl Suraxanı rayonu Əmircan qəsəbəsində yerləşən Heydər Əliyev adına parkda baş verib. Polis əməkdaşları gecə saat 2 radələrində parkda gənc qızla oğlanın uca səslə danışaraq əyləndiyini, sərxoş halda güldüklərini görərək onlara yaxınlaşıblar. Bu zaman gənc oğlan jurnalist olduğunu, qanunları yaxşı bildiyini deyərək polisləri uzaqlaşdırmağa çalışıb. Polis əməkdaşları onun sərxoş olmasını görərək bölməyə aparıblar. Məlum olub ki, asayişi pozan şəxs Şirvan şəhər sakini, 1997-ci il təvəllüdlü Cəmil Məmmədlidir (şərti ad soyadlı). Həmçinin onun jurnalist olmaması, polisə yalan məlumat verməsi üzə çıxıb.

Tibbi müayinədən sonra onun orta dərəcəli sərxoşluq vəziyyətində olması müəyyən edilib.

Gənc oğlan daha sonra barəsindəki protokolla birgə Suraxanı rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Cəmil 200 manat cərimə edilərək məhkəmə zalından azadlığa buraxılıb.

Malik
Globalinfo.az