676c2886a6225676c2886a6226173514151093c3eb4b56728294e555f9c3dee2cf99

Qazaxıstanda baş vermiş təyyarə qəzası ilə əlaqədar yerli rəsmilərlə hadisə yerində operativ əlaqə təmin edilir.

Globalinfo.az xəbər verir ki, bunu AZAL-ın rəsmi nümayəndəsi Fərid Hüseynov bildirib.

Onun sözlərinə görə, adıçəkilən ölkənin qəza-xilasetmə xidmətləri görülən işlərə operativ şəkildə dəstək göstərir:

“Eyni zamanda, hadisənin səbəblərinin araşdırılması üçün xüsusi istintaq qrupu yaradılıb. Azərbaycanın Baş prokurorunun müavini də şəxsən hadisə yerindədir. Bununla yanaşı, Azərbaycandan Aktauya qəza-xilasetmə qrupu da göndərilib”.

Paylaş: