Qızıl son altı ayda maksimum bahalaşıb.
Globalinfo.az xarici mətbuata istinadən xəbər verir k, Çində karantin məhdudiyyətlərinin aradan qaldırılması və ABŞ-da aşağı inflyasiyanın əlamətləri fonunda qızılın qiyməti təxminən 200 dollar artıb.
Nyu-York əmtəə birjasında (NYMEX) qızılın fevral müqavilələrinin dəyəri 2 faiz bahalaşaraq bir unsiya üçün 1841,8 dollara yüksəlib. Qiymətli metalın fyuçerslərinin qiymətləri iyulun 5-dən bəri ən yüksək səviyyəyə qalxıb.
Ümumilikdə isə qızıl bu rübdə 9 faizdən çox bahalaşıb.