vardan oskanyan

“Mən Paşinyanın xalqı aldatmasına imkan verməyəcəm”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.

O bildirib ki, baş nazirin Qarabağ məsələsi ilə bağlı son bəyanatlarının reallıqla heç bir əlaqəsi yoxdur. Vardan Oskanyan Paşinyanı debata çağırıb.

“Əgər Nikol Paşinyan həqiqətən öz dediklərinə inanırsa, o zaman ictimai müzakirəyə çıxsın”, – deyə sabiq nazir vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az

Paylaş: