20e2e533 2023 3067 8712 9c6a006120b3 850

Dekabrın 27-də Bakıda IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib.

Globalinfo.az xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva həyətin açılışında, o cümlədən tədbir çərçivəsində keçirilən kütləvi ağacəkmə aksiyasında iştirak edib.

Yeni il bayramı ərəfəsinə təsadüf edən tədbir zamanı abadlaşdırılan həyətin kiçik sakinləri üçün xüsusi bayram şənliyi təşkil olunub, uşaqlara bayram hədiyyələri təqdim edilib. Musiqili əyləncə proqramları ilə zəngin şənlik uşaqlarda xoş bayram əhvali-ruhiyyəsi yaradıb, onlara sevinc dolu anlar bəxş edib.

Yenilənmiş həyət Xətai rayonu, 8 Noyabr prospektində, Cavanşir və Xaliq Əzizzadə küçələrində 8 hektar ərazidə 3 min 145 nəfər sakinin yaşadığı çoxmərtəbəli 10 binanı əhatə edir.

“Bizim həyət” layihəsinin əsas məqsədi paytaxt ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad olması, yaşıllıqların bərpası, mənalı istirahət mühitinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.

Abadlaşdırılan növbəti həyətdə sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli təşkili və onlarda idmanla məşğul olmaq həvəsinin yaradılması məqsədilə ərazidə süni örtüklü 2 mini futbol stadionu, 2 şahmat meydançası, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 12 söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.

Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.

Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, 2 min 650 ədəd müxtəlif cinsli ağac və kollar əkilib, 4 min kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətraflarında sıx bitən və havanın çirklənməsini səmərəli şəkildə azalda bilən adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə “yaşıl sədlər” yaradılıb.

Sözügedən layihə çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.

FotoJet 2022 12 27T210645.590

5629229f 77c7 3c8a 91c1 2ffa0277482c 10b29c49 8639 3fd7 ac6d 8ec1ab5d3b8e e135591d 6e86 3e73 b938 17f3c83fe2c1 ab072aa1 8289 377a a2b2 2ef6a9475b9b 74a02dd2 a05f 30e5 8d5d 09a3b4d00d37 24ed7741 e98b 3779 b1e6 98f70188c7bd 22f93ed1 4685 39fe ba82 f628881e245e 4295f8a7 da50 3855 b3ac 43864de599ea 9de612ab fb42 3bff 8b34 f2fca8d77287 6ac53f28 e961 3741 aabb 2c01ae1b52cb 0f5d74ec 162d 32fc 8fab a0dfa44945e3

Paylaş: