Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Globalinfo.az APA-ya istinadən bildirir ki, hadisə Tovuz şəhərində Heydər Əliyev prospektində qeydə alınıb.
“Mercedes” markalı mikroavtobusla “VAZ 2106” markalı minik maşını toqquşub.
Qəza zamanı 1 nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.














