Iran foto

“MOSSAD-ın rəhbəri David Barnea İsrail hökumətinə Yəmənin “Ənsarullah” (husilər) qruplaşmasının əvəzinə İrana zərbə endirilməsi təklifini irəli sürüb”.

Globalinfo.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Bildirilir ki, Barnea Təl-Əvivin güclü mübarizə aparmalı olduğunu deyib.

“İrana zərbə endirmək lazımdır. Əgər biz yalnız husilərə hücum etsək, onların qarşısını ala bilməyəcəyik”, – Barnea qeyd edib.

İsrail mətbuatı  MOSSAD rəhbərinin təklifini dəstəkləyənlərin olduğunu yazıb. Əksər hərbçilər və güc strukturlarının bu fikrə qoşulduğu vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az 

Paylaş: