Türkiyə xarici işlər naziri Hakan Fidanla hərtərəfli görüş keçirdik və Suriyanın gələcəyini müzakirə etdik.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Suriyada yeni hökumətin lideri Əhməd əl-Şara (Əbu Məhəmməd Colani – red.) deyib.
“Biz Türkiyə və Suriyanın iqtisadi əməkdaşlığına əhəmiyyət veririk. Dost ölkə Türkiyə inqilabın əvvəlindən Suriya xalqının yanındadır, bunu unutmayacağıq”, – Şara bildirib.
Lider həmçinin qeyd edib ki, Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.
“Bəşər Əsəd getdi. Burada günahsız insanlar cəzalandırılmamalıdır”.