pakistan

Türkiyənin Xarici İşlər Nazirliyi dekabrın 21-də Pakistanda hərbi nəzarət-buraxılış məntəqəsinə hücumla bağlı bəyanat yayıb.

Globalinfo.az xəbər verir ki, XİN bəyanatda mənfur hücumu qınayıb, şəhidlərə rəhmət, yaralılara şəfa diləyib.

“Terrorla mübarizədə Pakistanla həmrəyliyimizi bir daha vurğulayırıq”, – bəyanatda bildirilib.

Xatırladaq ki, dekabrın 21-də Pakistanın şimal-qərbindəki Hayber-Paxtunxva əyalətində naməlum silahlıların hərbi nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində çox sayda hərbçi öldürülüb və ya ağır yaralanıb.

Paylaş: