Almaniyada yaralananlardan ikisi türkdür

Almaniyada yaralananlardan ikisi türkdür

Xəbər verdiyimiz kimi, Almaniyanın Maqdeburq şəhərində təşkil olunan Milad bazarında avtomobil izdihamın üzərinə sürülüb. Nəticədə 11 nəfər ölüb, 80-ə yaxın insan xəsarət alıb.

Globalinfo.az “Qafqazinfo”ya istinadən bildirir ki, hadisədə yaralanan şəxslərdən ikisi Türkiyə vətəndaşıdır.

Bildirilir ki, onların xəstəxanada müalicəsi davam edir və həyati təhlükələri yoxdur.