
***10:47
Arif adlı gənc sosial şəbəkələrdə Nizami küçəsindən maraqlı kadr çəkib paylaşıb.
Belə ki, fotoda Azərbaycanın Xalq şairi Rəsul Rzanın ev muzeyi lövhəsi yer alıb. Lakin lövhə olsa da, oranın hostel kimi fəaliyyət göstərdiyi qeyd edilib. Bu isə ictimaiyyətdə narazılığa səbəb olub. Hətta buna görə Xalq şairinin oğlu Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevi tənqid ediblər.
Globalinfo.az-a danışan Anar Rzayev isə xəbəri təkzib edib.
Daha ətraflı videoda:
Zaira Akifqızı
Globalinfo.az