
Almaniyanın Saksoni, ya-Anhalt əyalətinin paytaxtı Maqdeburq şəhərində avtomobili insanların üzərinə sürən Suriyaəsilli şəxs saxlanılıb.
Globalinfo.az xəbər verir ki, Alman hakimiyyət orqanları Milad bazarında baş vermiş faciəni terror aktı adlandırıb.
Məlumata görə, Milad bazarında törədilən terror aktı nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb. Onların arasında iki uşaq da var. 80-ə yaxın şəxs xəsarət alıb.