herbi hisse 13

Əlahiddə Ümumqoşun Ordu Komandanının birinci müavini – Qərargah rəisi postuna yeni təyinat olub.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, müvafiq əmrə əsasən, bu vəzifəyə polkovnik Etibar Məhərrəmov təyinat alıb.

İndiyədək bu vəzifəni tutmuş general-leytenant Fazil Ağalarov xidmətdə olmanın son yaş həddi ilə bağlı təqaüdə göndərilib.

Əlahiddə Ümumqoşun Ordu Komandanının müavini vəzifəsinə isə polkovnik Telman Hüseynov təyin olunub.

Paylaş: