surucu 44

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Globalinfo.az “Report”a istinadən bildirir ki, hadisə Pirallahı rayonunda qeydə alınıb.

Bakı şəhəri sakini, 1997-ci il təvəllüdlü Qocayev Fərhad Natiq oğlu “F-Marine” hotelin qarşısında “Mercedes” markalı avtomobilin idarəetməsini itirərək yolun kənarında olan reklam löhvəsinə dəyib.

Nəticədə sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Pirallahı rayon polis idarəsində cinayət işi başlanıb.

Paylaş: