Moskvanın Basmannı Məhkəməsi Rusiya Silahlı Qüvvələrinin Radiasiya, Kimyəvi və Bioloji Müdafiə Qüvvələrinin rəisi general-leytenant İqor Kirillovu və onun köməkçisi mayor İlya Polikarpovu qətlə yetirməkdə təqsirləndirilən Əhməd Qurbanovu fevralın 17-dək həbs edib.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə paytaxtın ümumi yurisdiksiya məhkəmələrinin mətbuat xidməti məlumat yayıb.
Kirillov və köməkçisi dekabrın 17-də səhər saatlarında Moskvanın Ryazanski prospektində generalın evinin yaxınlığında baş verən partlayış nəticəsində həlak olublar.
Müstəntiqlər müəyyən ediblər ki, hücum edənlər partlayıcı qurğunu girişin yanında dayanan skuterə yerləşdirib və onu uzaqdan işə salıblar.