btra

İstifadəyə yararsız elektrik batareyalarının çeşidlənməsi və xüsusi şəraitdə zərərsizləşdirilməsi məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qırmızı Ürəklər Fondu tərəfindən həyata keçirilən “Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində növbəti dəfə işlənmiş batareyalar təhvil götürülüb.

Globalinfo.az bildirir ki, ekokönüllülər tərəfindən Azərbaycan Hava Yollarından, “Metak” şirkətindən və “Azercell”in baş ofisinsən ümumilikdə 102 kq işlənmiş batareya toplanaraq “Tullantıları İdarəetmə Mərkəzi” MMC-yə təhvil verilib.

Qeyd edək ki, hazırda 500-dən artıq müxtəlif dövlət qurumlarında, şirkətlərdə, marketlər şəbəkələrində, təhsil müəssisələrində, banklarda və otellərdə təhvil qutuları yerləşdirilərək layihəyə dəstək verilir.

20241129140122 9429720020241129140156 1982720020241129140212 1773440020241129140229 5799200020241129140243 01558600

Paylaş: