aj

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “Bravo” supermarketlər şəbəkəsinin dəstəyi ilə növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası Bravo Koroğlu hipermarketin qarşısında keçirilib.

Globalinfo.az bildirir ki, aksiya zamanı vətəndaşlar ümumi tutumu 158 litr olan plastik, 105 litr olan şüşə butulka/banka və 245 ədəd işlənmiş batareya təhvil verərək əvəzində sərv, nar, badam, ərik tingləri əldə ediblər.

Nazirlik aksiyada fəal iştirak edərək təbiətə töhfə verən aksiya iştirakçılarına təşəkkür edir, hər kəsi tullantıları çeşidləmə vərdişlərinə yiyələnməyə, yaşıllıqların artırılmasına dəstək olmağa çağırır.

20241127094322 69341600

20241127094402 6184170020241127094420 78320100

20241127094435 44376100

20241127094451 3390260020241127094209 34783300

20241127094223 8389640020241127094237 77351800

20241127094252 39702200

Paylaş: