Məşhur basketbolçu Moskvada intihar etdi

Məşhur basketbolçu Moskvada intihar etdi

Latviyalı basketbolçusu Yanis Timma Moskvanın mərkəzində intihar edib.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

“32 yaşlı Yanis Timmanın meyiti Moskvanın mərkəzində yaşayış binasının girişində tapılıb. Ölümün ilkin səbəbi intihar olub”, – məlumatda deyilib.

Qeyd edək ki, latviyalı basketbolçu müğənni Anna Sedokovanın keçmiş həyat yoldaşıdır. Keçən həftə Moskvanın Xoroşevski rayonunun məhkəməsi Sedokovanın latviyalı basketbolçudan boşanma iddiasını təmin edib.