rz 1

***08:46

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov skuterə yerləşdirilmiş partlayıcının işə düşməsi nəticəsində həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Lenta.ru məlumat yayıb.

Bildirilir ki, generalla birlikdə onu işə aparmağa gələn sürücüsü də ölüb. Onlar binanın çıxışında olarkən partlayıcı qurğu işə salınıb.

Rusiya İstintaq Komitəsinin Moskva üzrə idarəsi hadisə ilə bağlı cinayət işi açıb.

Qeyd edək ki, partlayış yerli vaxtla səhər saat 6-da Ryazanski prospektində baş verib.

Paylaş: