kenan turkiye

Türkiyənin Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlunun dəvəti ilə Türkiyədə səfərdə olan Əlahiddə Ümumqoşun Ordunun komandanı general-mayor Kənan Seyidov bir sıra hərbi obyektlərdə olub.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində general-mayor K.Seyidov Quru Qoşunlarının Aviasiya komandanlığı və hərbi hissələrdən birində olub. Nümayəndə heyətinə istifadədə olan pilotsuz uçuş aparatlarının (PUA) taktiki-texniki xüsusiyyətləri, onların ənənəvi döyüşlərdə tətbiqi, döyüş uçuşunun təşkili və PUA-lar üçün nəzərdə tutulan aviabombalar barədə brifinq təqdim olunub. Real vaxt rejimində döyüş tapşırığı yerinə yetirən PUA-ların uçuşları idarəetmə məntəqəsindən izlənilib.

Sonra nümayəndə heyəti Türkiyənin Xüsusi Təyinatlı Qüvvələr (XTQ) Komandanlığına gəlib. XTQ-nin keçdiyi inkişaf yolu, yerinə yetirdikləri tapşırıqlar və kursantların hazırlığı prosesi barədə brifinq təqdim edilib. Xüsusi təyinatlıların peşəkar hazırlığı və döyüş vərdişlərinin artırılması üçün nəzərdə tutulmuş açıq və qapalı simulyatorlara baxış keçilib. Müasir texnologiya və yeni döyüş taktikasından istifadə edərək antiterror əməliyyatları üzrə şərti tapşırıqların praktiki icrası izlənilib.

Əlahiddə Ümumqoşun Ordunun komandanı İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında olub. Burada nümayəndə heyətinə komandanlığın fəaliyyəti, təhsil sistemi və tədris prosesi barədə brifinq təqdim olunub. Komandoların silahlanmasında olan müxtəlif silahlar və rabitə vasitələri, həmçinin kursantların komando hazırlığı prosesi əyani nümayiş etdirilib, müxtəlif trenajorlara və tədris siniflərinə baxış keçirilib. General-mayor K.Seyidov orada təhsil alan Azərbaycan Ordusunun hərbi qulluqçuları ilə görüşüb və onların hazırlıq səviyyəsi ilə maraqlanıb.

77af6bd7cf15c10d36ef9fbff2df79df

3514343d241d054861b6358e36b39fa1

d15901ce54aa92ebc9871715f4ecca68

ec46deef6029ebcfad63741c322d15ca

311d396e41b1d843c2a3e1020ec1c019

3f2973534d437da1b6eb1ebf02f5c411

43346de5ca1453b4e8b4cb1524160bb0

Paylaş: