oryol

Rusiyanın Oryol vilayətində neft anbarına dron hücumu olub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Astra” nəşri bildirib.

Sözügedən regionun qubernatoru Andrey Klıçkov Teleqram hesabında kütləvi dron hücumunun olduğunu təsdiqləyib:

“PUA-ların kütləvi hücumu nəticəsində infrastruktur obyektində yanacaq alışıb, vurulmuş PUA-ların qalıqları bir neçə fərdi evin pəncərələrini də zədələyib”, – Klıçkov bildirib.

Paylaş: